İzmirin işğalı zamanı çoxlu sayda Osmanlı mülki vətəndaşı soyqırıma məruz qalıb. Yunan əsgərləri qarşılarına çıxan hər kəsi öldürmək təlimatı almışdı. Ancaq dinc əhaliyə atəş açmaqdan imtina edən əsgərlər də var idi ki, onlara “vətənə xəyanət” maddəsi ilə ölüm hökmü kəsilib.
Kult.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev qeyd edib.
O bildirib ki, 1920-ci ildə yunan ordusunda əmrə tabe olmayan 200 əsgər həbs edilir:
“Onlar komandirin dinc sakinlərə atəş əmrinə etiraz edib aksiya keçirirlər. Əsgərlər “Anadolu işğalı ingilis imperialistlərinin oyunudur”, “Qardaşlarımıza atəş açmayacağıq” deyirlər.
Bir neçə ay davam edən məhkəmə prosesi boyu əsgərlər həbsxana kameralarında işgəncələrə məruz qalır. 1921-ci il yanvarın 1-də isə bütün müttəhimlər güllələnmə cəzasına məhkum edilir.
Onlar edam günü hamılıqla “Yaşasın xalqlar dostluğu” və “Britaniya imperializmi lənətə gəlsin” deyə səslənirlər.
Atəş əmri eşidilən anda 200 əsgərin hamısı eyni vaxtda: “ZİTO İ EPANASTASIS” (Yaşasın qiyam) deyə hayqırır.
Yunan arxivlərində onlar vətənlərinə xain əsgərlər kimi qeyd edilib”.
- Ukraynada Azərbaycan abidələrinin mühafizəsinə başlandı
- İranda yaşam mücadiləsi: Molla rejimi pulları hara xərcləyir? - Video
- Ağdamın ağ günləri geri qayıdır
- Ermənistan nümayəndə heyəti Azərbaycana nə vaxt gəlir?
- Rusiya ilə gərginlik Bakını ABŞ-la yaxınlaşdırdı Herbst
- Prezident Omanın Sultanını təbrik etdi
- Azərbyacan bu platformaya qoşulacaq - Herbst
- Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama