Ukraynaya genişmiqyaslı hücumdan şoka düşən rus oliqarxlar artıq yeni reallıqla barışıblar və qələbəyə ümid edirlər. Onların bir çoxu Vladimir Putinin Kiyevi ələ keçirənə qədər dayanmayacağını bildirirlər.
BUTA.TV xəbər verir ki, bu barədə “Foreign Affairs” məlumat yayıb.
Bildirilib ki, Rusiya oliqarxlarının sonda Putinin tərəfini tutmasının bir neçə səbəbi var. Bunlardan biri repressiya altına düşmək qorxusudur. İkincisi, hər hansı bir müqavimətin perspektivsizliyini dərk etməkdir. Üçüncü və ən başlıcası isə Rusiyanın cəbhədə qalib gələ biləcəyinə inamdır.
"Qalib kimi təcrid edilmək pisdir, amma uduzan tərəf olmaq daha pisdir. Müharibədə qalib gəlməliyik. Əks halda onlar bizi yaşamağa qoymayacaqlar və təbii ki, Rusiya dağılacaq”, - anonim rus oliqarx bildirib.
- Sabah Məhərrəm ayı bitir
- Rafael Ağayevə ağır itki
- Azərbaycanda dövlət qurumu ləğv edildi
- Prezident jurnalisti görüb avtomobildən düşdü - Video
- Bakıda mağazadan terminal oğurlandı - Anbaan video
- “Azəriqaz” Samuxda payız-qış mövsümünə hazırlığı davam etdirir
- “Belə avtomobillə heç yerə getmərəm”
- Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu...