Fransada parlament seçkilərinin ikinci turunda sağçı Milli Birlik Partiyası liderdir, lakin çox güman ki, mütləq çoxluğu əldə edə bilməyəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Belçikanın RTBF telekanalı “exit-poll” məlumatlarına istinadən məlumat yayıb.
Kanal hesab edir ki, Marin Le Pen və Jordan Bardellanın partiyası parlamentdəki 577 yerdən təxminən 210-228-ni qazana bilər.
Eyni zamanda, Fransa seçkilərini yaxından izləyən “Soir” qəzeti sağ Milli Birliyin ehtimal olunan qələbəsini təsdiqləyir, lakin hazırda mövcud olan məlumatların “son dərəcə qeyri-dəqiq” olduğunu nəzərə alaraq, yerlərin bölüşdürülməsi ilə bağlı heç bir təxmin vermir.
Qeyd edək ki, seçki məntəqələri Bakı vaxtı ilə 21:00-da bağlanıb. Hazırda səslərin sayılması prosesi gedir.
- Monteneqro Ombusmanı azərbaycanlı ilə bağlı hərəkətə keçdi
- Mehdiyevlər ailəsinə məxsus klinika ilə bağlı şok faktlar
- Azərbaycan və Belarus arasında məsləhətləşmələr aparıldı
- Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır
- Bu rayonların icra başçısı yoxdur
- Trampın Asiya turu: ABŞ bu ölkəni itirir
- İsrail bombalayırsa, Azərbaycan niyə ordu göndərməlidir?
- Qabil, Tural, Məhəmməd Bakıya gətirilir
 
                