“Krasnodar” klubu yarımmüdafiəçisi Kadi Borgesin Macarıstanın “Ferensvaroş” klubuna keçidini açıqlayıb.

BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, müqavilənin təfərrüatı açıqlanmayıb. Borgesin Macarıstan təmsilçisinə tam hüquqlu transfer olduğu dəqiqdir.

Qed edək ki, Kadi 2023-cü ilin yanvarında "Qarabağ"dan "Krasnodar"a transfer olunub. "Buğalar"ın heyətində 44 oyun keçirib, 7 qol vurub və 4 məhsuldar ötürmə verib. "Transfermarkt"a görə braziliyalı futbolçunun dəyəri 2,5 milyon avrodur.

Əlavə edək ki, "Qarabağ" uzun müddət idi ki, Kadini geri qaytarmaq üçün "Krasnodar" və futbolçu ilə danışıqlar aparırdı.

Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video