Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra ölkənin siyasi həyatında ciddi yeniliklərin olacağı gözlənilir. Sosial şəbəkələrdə vitse-spiker olacaq şəxslərin siyahısı da paylaşılmaqdadır.
İddialara görə, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın və deputat seçiləcəkləri təqdirdə Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə Müsavat Partiyasının tanınmış funksioneri Arzu Səmədbəylinin də vitse-spiker olmaq şansı var.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, seçkiqabağı müxtəlif iddiaların səsləndirilməsi hər zaman olub:
“Təbii ki, yenilənmiş, qalib gəldiyimiz bir dövrdə ölkə parlamentinin yenidən formlaşması ölkə həyatında ciddi bir dəyişiklik stimulu verəcək hadisədir. Azərbaycan parlamentinin də həm Azərbaycan Prezidentinin apardığı möhtəşəm işlərə dəstək baxımından, həm də yeni bir islahat prosesini sürətləndirmək baxımından böyük rolu ola bilər. Yeni tərkib də yəqin ki, bu istiqamətdə böyük işlər görəcək.
Təbii ki, seçki dövründə müəyyən spekulyasiyalar ortaya atıla bilər. Mən siyasi partiyanın rəhbəriyəm, namizədliyimi də vermişəm, partiya üzvlərimiz də namizədliyini verib. İndiki məqamda bizim diqqətimiz birinci növbədə seçkilərə yönəlib, ilk növbədə seçicilərin etimadını qazanmaq lazımdır. Biz bu istiqamətdə çalışırıq, qalan spekulyasiyalara qarışmaq istəmirəm”.
Millət vəkilinin sözlərinə görə, çalışdığı illər ərzində heç vaxt vəzifə uğrunda mübarizə aparmayıb və indi də belə bir niyyəti yoxdur:
“Mən həyatım boyu hansısa vəzifə uğrunda heç vaxt xüsusi bir iradə, istək ortaya qoymamışam, heç bunda maraqlı da deyiləm. Mən daha çox ölkədə maarifçilik işi aparmağı vəzifə olaraq görürəm. Cəhalətə qarşı mübarizəni özüm üçün vəzifə sayıram. Ona görə də rəsmi vəzifələrin harada və ya necə olması maraq dairəmdə olan məsələ deyil.
Mənim marağımda olan məsələ bu ölkənin yaxşı mənada aydınlığa qovuşmasıdır, gələcəyini sığorta altına almasıdır, xalqın cəhalətdən qurtulmasıdır.
Şəxsiyyətimizi, obrazımızı düşünərək bizi müxtəlif vəzifələrdə görmək istəyən insanlar ola bilər, bu da onların arzusudur və sayğı ilə yanaşıram. Lakin mən özüm özümü görmək istədiyim yerdəyəm. Hətta parlamentdə olmasam belə, elə həmin yerdəyəm. O yerdə ki, xalqa xidmət edir, onların faydası üçün çalışıram. Mənim üçün bundan ideal vəzifə yoxdur”.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?