Fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Əhəd oğlu Lətifov vəzifəsindən azad edilib.
“BUTA TV”nun Qaynarinfo-ya istinadən məlumatına görə, generalın adı artıq nazirliyin rəsmi saytından silinib. FHN-də maliyyə məsələlərinə nəzarət edən Ragim Lətifovun rəhbərlik etdiyi dövrlə bağlı yoxlamalar aparılıb. Sabiq nazir müavininin işdən çıxarılmasının bu yoxlamalarla bağlı olduğu deyilir.
Qeyd edək ki, fevral ayında R.Lətifovun vəzifəsindən azad olunması ilə bağlı məlumat yayılsa da, nə təsdiq, nə də təkzib edilib. 6 aydan sonra isə Fövqəladə Hallar Nazirliyinin saytında da onun adı nazir müavinləri siyahısından çıxarılıb.
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir