Bakıda fəaliyyət göstərən "Biblioteka" ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə BUTA.TV-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, yayılmış videogörüntülər əsasında Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, ev 24, m.1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəcməddin Nazim oğlu Şabanova məxsus "Biblioteka" ictimai iaşə obyektində AQTA əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.
"Obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub.
Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, müəssisə rəhbərliyi barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırmalar davam edir", - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, iyulun 8-də yayılan videoda Bakının mərkəzindəki restoranlardan birinin mətbəxində siçovul gəzdiyi əks əks olunmuşdu. Həmin görüntülər restoran əməkdaşları tərəfindən lentə alınıb. Onlar gülərək siçovulun haradan mətbəxə gəlməsi ilə bağlı bir-birilərinə suallar veriblər.
- 40 il döyəclədiyi qapılar bir gecədə açıldı... - Fotolar
- Cənubda ev quşları kütləvi şəkildə tələf olur: Nə baş verir?
- Abşeronda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Fotolar-Yenilənib
- Bakının bu ərazilərində işıq olmayacaq
- Bir müddət əvvəl bıçaqlanan Araz Musayev əməliyyat oldu
- Mayda çökən körpünün yerində yenisi tikildi - Video
- Çayda çimərkən xəsarət almışdı - Xəstəxanada öldü
- Çindən gətirilən 2 tonluq məhsul məhv edildi