İyulun 1-də təsdiq edilməli olan Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə birgə komissiyanın əsasnaməsi hələ də tərəflər arasında razılaşdırılmayıb.
BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı erməni mediası öz mənbələrinə istinadla danışıqların hələ “konstruktiv məcraya” daxil olmadığını yazıb.
Bildirilir ki, Ermənistan bütün sərhədin Almatı Bəyannaməsi əsasında delimitasiyasında maraqlıdır, Azərbaycan isə bu prinsiplə razı deyil.
İddialara görə, Ermənistan Cermuk, Göyçə istiqamətində delimitasiya və demarkasiyanın aparılmasını istəyir, çünki həmin istiqamətdə Azərbaycan Ordusunun irəlilədiyini iddia edir. Azərbaycan isə Qərbi Zəngəzur-Naxçıvan istiqamətində delimitasiyanın tərəfdarıdır. Bu proses daxilində isə Kərki kəndini geri tələb edir.
- Qardaşım Trampın əmri ilə öldürülüb - Epşteyn
- Bakı və Əmman arasında müntəzəm aviareyslər açıla bilər
- Bu gün Mübariz İbrahimovun doğum günüdür
- Bakıda restoran piyada keçidini zəbt etdi - Video
- Vüsal Nəsirli məşhur generalın oğludur?
- Biləsuvarın bu ərazilərində işıq olmayacaq
- Bu şəxslər yeni mənzillərlə təmin olunacaq
- "İdrak" valideynləri belə aldadıb: Vatsapa göndərilən mesaj