Xəbər verdiyimiz kimi, İspaniya millisi AÇ-2024-ün finalında İngiltərəyə 2:1 hesabı ilə qalib gələrək çempionluğu bayram edib.
“BUTA.TV”nun məlumatına görə, bu, yığmanın tarixindəki 4-cü Avropa çempionluğu olub. İspanlar buna qədər 1964, 2008 və 2012-ci illərdə Avropa çempionatının qalibi olmuşdu.
İngiltərə millisi isə ikinci dəfə Avropa çempionatının finalında məğlub oldu. Beləliklə, ingilislərin kubok həsrəti 58 ilə yüksəldi.
Onu da qeyd edək ki, İspaniya millisi AÇ-2024-də keçirdiyi 7 oyunun hamısında qalib gəlib. Yığma bu qarşılaşmalarda ümumilikdə 15 qol vurub ki, bu da Avropa çempionatları tarixində rekord göstəricidir. Bu rekord göstəriciyə indiyədək 1984-cü ildə Avropa çempionu olan Fransa millisi sahib idi. Həmin ildə finalda məhz İspaniyanı məğlub edən fransızlar 14 qolla yadda qalmışdı.












- Azərbaycanlı İrəvanın mərkəzindən salam göndərdi - Video
- Sakinlərin nəzərinə: Əkin sahələri üçün qeydiyyat başladı
- Qurban Qurbanov uğurun əsas şərtlərindən danışdı
- Aygün Kazımovanın nə qədər vergi borcu var?
- Dini məsələlərlə bağlı çağrı mərkəzi yaradıldı
- Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
- YAP Ramiz Mehdiyevə görə iclas keçirəcək
- Bakıda müəlliməni avtomobillə vuran şəxsə hökm oxundu