İyulun 14-də Avropa Çempionatının final oyununun yayımı zamanı şərhçinin səsi və oyunun videogörüntüsü arasında bəzi epizodlarda uyğunsuzluğa səbəb şərhçinin səsinin internet, görüntünün isə peyk üzərindən ötürülməsi sisteminin tətbiqi olub.
BUTA.TV xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkəti məlumat yayıb.
İctimai Tv məsələyə aydınlıq gətirərək bildirib ki, sözügedən hal bir sıra ölkələrin yayımçı telekanallarında da qeydə alınıb:
"İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycanda Avro-2024-ün rəsmi yayımçısı olub. İyun ayının 14-dən etibarən bütün dünyanın diqqətlə izlədiyi bu idman turnirini biz də yüksək keyfiyyət və təqdimatda tamaşaçılarımıza nümayiş etdirdik. Belə ki, çempionatın 51 oyununu milyonlarla tamaşaçı həm efirimizdən, həm də youtube kanalımızdan canlı olaraq izləyə bilib. Azərbaycan televiziya məkanında ilk dəfə olaraq Avropa Çempionatının final oyununu şərhçi Tural Dadaşov məhz oyun keçirilən stadiondan şərh edib. Təəssüflə qeyd edirik ki, iyulun 14-də Avropa Çempionatının final oyununun yayımı zamanı şərhçimizin səsi və oyunun videogörüntüsü arasında bəzi epizodlarda uyğunsuzluq yaranıb. Buna səbəb Avro2024 -də ilk dəfə olaraq şərhçinin səsinin internet, görüntünün isə peyk üzərindən ötürülməsi sisteminin tətbiqi olub. Sözügedən sistemin tətbiqi nəticəsində çempionat zamanı bir sıra ölkələrin yayımçı telekanalları da eyni vəziyyətlə üzləşiblər".
Müğənnilərin davası əndazəni aşdı: “Pis videolarımı paylaşırlar” - VİDEO
Məlumatda vurğulanıb ki, efirdən əvvəl edilən test zamanı bu kimi problem qeydə alınmayıb:
"Vəziyyətin yaranma səbəbkarı birbaşa İTV olmasa da, problemin aradan qaldırılması üçün tərəfimizdən müvafiq addımlar atıldı. Təəssüf edirik ki, qısa müddət ərzində texniki nasazlığı aradan qaldırmaq mümkün olmayıb. Belə bir mötəbər turnirin yayımında hər bir qüsurun izləyicilərin haqlı narazılıqlarına səbəb olduğunu anlayır və bir daha yaranmış vəziyyətdən narahatlıq yaşamış tamaşaçılarımızdan üzr istəyirik".
Xatırladaq ki, Avropa Çempionatının final oyunu zamanı şərhçinin səsi və oyunun videogörüntüsü arasında bəzi epizodlarda uyğunsuzluq tamaşaçılarda narazılığa səbəb olub.
- Qurbanovdan azyaşlı azarkeşlərə jest - Video
- Ərdoğan Bakıda keçiriləcək COP29-dan danışdı
- Bayramov maltalı həmkarı ilə COP29-u müzakirə etdi
- Sabah 9 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq
- Süni intellekt hər şeyi dəyişəcək - Quterreş
- Polşa Ukraynaya 1,4 milyardlıq silah satdı
- Bakının bu ərazilərində qaz olmayacaq
- Ərdoğan Ukraynadan danışdı: Diplomatiyanın sahəsi daralır!