Bakının rəsmi açıqlaması İrəvanı qorxuya saldı – Dərhal...

15:20 - 18 İyul 2024 - GÜNDƏM

 Bakının rəsmi açıqlaması İrəvanı qorxuya saldı – Dərhal...

Böyük Britaniyada, London şəhəri yaxınlığında keçirilən Avropa Siyasi Birliyinin 4-cü sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən Ermənistan Baş naziri Nikol Paşinyanın imtina etməsi barədə rəsmi Bakının yaydığı məlumat İrəvanda təşviş yaradıb.

BUTA.TV xəbər verir ki, Prezidentin köməkçisi Hikmət Hacıyev mediaya açıqlamasında bu imtinanı Ermənistanın sülh gündəliyindən uzaqlaşması faktı kimi qiymətləndirib.

Sülh gündəmindən uzqlaşmağın hansı məsuliyyət doğurduğunu imtinadan sonra dərk edən İrəvan rəhbərliyi isə təkzibə cəhd edib və tez-tələsik bildirib ki, əslində belə bir görüşün olması təklifi ilə Ermənistan tərəfi “çıxış edib”.

“Ermənistanın təklifi hələ də qüvvədədir. Ermənistan tərəfi həmçinin danışıqların ən ali və yüksək səviyyədə aktivləşdirilməsi və bir ay müddətində sülh sazişi imzalanması təhlifini bir daha təsdiqləyir”, - deyə Ermənistan XİN sözçüsü Ani Badalyan mediaya açıqlamasında vurğulayıb.

Bu xəbər hal-hazırda çox oxunur
“Qumar kralı” Yusif həbs edildi

Bu, Ermənistanın “imtinadan imtinası” kimi də anlaşıla bilər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol