Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa Siyasi Birliyinin 4-cü sammiti çərçivəsində təklif edilən görüşdən imtina etməsi ciddi müzakirə edilir.
BUTA.TV xəbər verir ki, rəsmi Bakının Paşinyanın imtinasını sülh gündəmindən qaçmaq kimi qiymətləndirməsindən sonra İrəvan əl-ayağa düşsə və birbaşa-ikitərəfli danışıqlara sadiq olduğunu elan etsə də, erməni politoloqlar Nikolun imtinasının səbəbini izah etməyə çalışırlar.
Bu sırada politoloq Stepan Danielyan maraqlı bir iddia səsləndirib. O deyib ki, Londonun əsas diqqət etdiyi məqam Orta Dəhlizdir:
“Təbii ki, detalları bilmirik, amma məntiqi anlamağa çalışaq. Görüşə Britaniya tərəfi təşəbbüs göstərib və təbii ki, Britaniyanın gündəliyinə uyğun görüş keçirilməli idi. Böyük Britaniyanın Azərbaycanda və Mərkəzi Asiyada, xüsusən də mədən sektorunda on, hətta yüz milyardlarla investisiyası var. O, Orta Dəhliz məsələsi ilə məşğul olmalıdır, yəni Ermənistan Zəngəzur bölgəsində öz suveren nəzarətindən əl çəkməlidir. Azərbaycanın da bununla bağlı tələbi var. Ehtimal etmək olar ki, Ermənistan nümayəndə heyəti bu gündəliyi rədd edərək fərqli gündəmlə görüş təklif edib, Azərbaycan isə gündəmi dəyişməkdən imtina edib”.
- Kiyev ABŞ-a sübut etdi: Rusiya məğlubedilməz deyil!
- Azərbaycan və Ermənistan nümayəndələri görüşdü
- Ermənistan Bakıya uçuşların sayını açıqladı
- Qarabağ zəfərinə qarşı çıxan iş adamı oğurlandı
- “Hörümçək toru” əməliyyatı belə idarə olunub - Detallar
- Rusiya və Ukraynanın taktikası: Kim geri çəkiləcək?
- Bakıda Türkiyə və İsrail arasında üçdən çox görüş olub...
- Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...