Rəqəmsal inkişaf və nəqliyyat nazirliyi taksi xidmətindən kənarlaşan sürücülərə təklif ilə müraciət edib.
BUTA.TV xəbər verir ki, bu müraciət Mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov tərəfindən səsləndirilib.
Onun sözlərinə görə, son zamanlar bir çox sürücü taksi fəaliyyətindən uzaqlaşdırılıb və onların məşğulluğu ilə bağlı suallar yaranır.
Nazir müavini qeyd etdi ki, məşğul olmayan sürücülər avtobusla sərnişin daşımalarına cəlb olunması üçün hazırda geniş imkanlar var.
Rəhman Hümmətovun sözlərinə görə, təkcə "Bakı Bus" şirkətinin hazırda 1000 artıq "D" kateqoriyalı sürücüyə ehtiyacı var və taksi fəaliyyətindən kənarlaşan şəxslər bu imkanları nəzərdən keçirə bilər.
- "TuranBank"ın sədri IsDB-in toplantısında spiker qismində çıxış etdi
- Azərbaycanlı şahmatçı Maqnus Karlseni məğlub etdi - Video - Fotolar
- Geniş seçim: "Park Yasamal"da yeni mənzillər!
- "Azercell"in bu abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
- Növbəti 3 gün güclü külək əsəcək
- Azərbaycanda yumurta kəskin ucuzlaşdı - Səbəb
- Famil Xəlilovun qardaşı faciəvi şəkildə öldü
- Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq