Azərbaycan növbədənkənar parlament seçkilərinə hazırlaşır. Seçkilər sentyabr ayının 1-nə təyin olunub.
Ölkə parlamentinin üzvləri hər zaman ictimaiyyətin maraq dairəsində olub. Bu da təsadüfi deyil. Xalq kimə səs verdiyini hər zaman diqqətdə saxlayır.
Məsələ ilə bağlı BUTA.TV-a Rusiyada yaşayan həmyerlimiz, məşhur ekstrasens, klinik-psixoloq Zirəddin Rzayev danışıb.
O, növbədənkənar parlament seçkilərindən sonra bu dəfə Milli Məclisdə müxalifət nümayəndələrinin də təmsil olunacağını bildirib:
“Sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar keçiriləcək seçkilər barəsində mənim də proqnozlarım var. Proqnozlarıma görə, bu dəfə Milli Məclis üçün 3 nəfər müxalifət düşərgəsindən mandat alan olacaq. 3 nəfərin şansı çox böyükdür, amma sonda onların arasından bir nəfərin əsl qalibiyyət əldə edəcəyini görürəm. Müxalifət cərgəsindən olan 3 nəfərdən ikisinin şansı böyükdür, amma niyəsə sonda onlardan yalnız birinin qalacağını görürəm.
Əvvəlki illərdə olduğu kimi, bu il də deputat mandatı alanlar arasında YAP-ın namizədləri üstünlük təşkil edəcək, onların şansı çoxdur. Mən xalqın YAP-dan namizədliyini verəcək şəxsləri dəstəkləyəcəyini görürəm. YAP-ın üzvlərinə səs verən çox olacaq, amma yenə deyirəm, müxalifət üzvlərindən birinin şansı çox böyükdür. Digərləri ələnsə də, o sona qədər mübarizədən qalib çıxacaq”.
Artıq həftələrdir yaşı 70-i ötmüş deputatların getməsi ilə bağlı səsləndirilən iddialardan danışan Z.Rzayev bu mövzuda da proqnozlarını verib:
“Azərbaycanda populyar bir söz var: Bu şəxs qocalıb, ayaq üstə ölür, niyə getmir və s. Bəzən Milli Məclisə “qocalar evi” deyənlər də tapılır.
Amerika kimi böyük bir dövlətin prezidentinin yaşı bizim deputatların yaşından da 2 dəfə çoxdur. Üstəlik, Baydenin heç sağlamlığı da yerində deyil. Bizdə Bayden kimi adicə millət vəkili vəzifəsini tutan olsaydı, onu topa qoyub atardılar.
Amerikaya olar, buna heç kim heç nə demir, 80 yaşlı qoca bütün dünyaya meydan oxuyur, bizdə isə adamın 60 yaşı olan kimi deyirlər bu niyə getmir?
Ümumilikdə, Milli Məclisdə yaşlı adamların 25-30%-i qalacaq, qalanları gedəcək, mən bunu görürəm”
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?