Xalq artisti adam baltalayır, diplomat bıçaqlayır – Nə baş verir?

11:12 - 23 İyul 2024 - CƏMİYYƏT

 Xalq artisti adam baltalayır, diplomat bıçaqlayır – Nə baş verir?

Son iki günün kriminal xronikası amaı dəhşətə gətirir: 59 yaşlı kişi 75 yaşlı ağsaqqalı bıçaqlayıb öldürür; 33 yaşlı oğul 57 yaşlı anasını qətlə yetirir; ata 10 və 4 yaşında övladlarını bıçaqlayır, biri ölür, sonra da özünə xəsarət yetirir; 10 il öncə Azərbaycan çempionu olan, 105 kilo çəkidə ağırlıqqaldırma üzrə nəticə göstərən idmançı övladını girov qismində girov götürür…

Bu ölkənini diplomatı olmuş şəxs adam bıçaqlayır… və günün daha bir dəhşəti: Xalq artisti Ağadadaş Ağayev qonşusunu baltalayır. Nə baş verdiyini , hansı milli-mental dəyişikliklərin getdiyini anlamaq belə çətindir.

75 yaşlı kişinin bıçaqlanmasını təsəvvür etmək mümkün olmadığı kimi bir atanın öv övladlarını bıçaqlamasını da şüur qəbul edə bilmir.

Uzun illər diplomat işləmiş bir şəxsi bıçağa əl atmağa nə vadar edə bilər? Bir ölkənin xalq artıstinin qonşusuna balta ilə xəsarət yetirməsi məlumatı hardan çıxdı?

Bu xəbər hal-hazırda çox oxunur
COP29-da tarixi qərar qəbul olundu

İnanılmaz olaylardır!

Heç bir ay keçməyib polislərimizə edilən hücumdan – Şüvəlanda 3 polis qətlə yetirilmişdi. Ardınca cinayətkarı Bakının ortasında saxlamağa çalışan polis kapitanı qətlə yetirilmişdi.

Hələ o zaman bu xalqıpn düşüncəsində hansısa dəyişikliklər getdiyini və bunun çox təhlükəli nəticələri haqda xəbərdarlıq etmişdi: əgər Azərbaycan xalqının hansısa fərdində polisə silah qaldıracaq, bıçaq çəkəcək qədər dəyişiklik gedirsə…

Biz hələ o faktdan dəhşətə gəlmişdik – ardınca baş verənləri görürsünüzmü? 4 yaşlı övladı necə bıçaqlamaq olar? Öz övladını hansı düşüncə ilə “girov” götürə bilərsən?

O həddə çatdırdılar ki, polis artıq silaha əl atdı. Yaxın illərdə xatırlamıram ki, Azərbaycan polisi övladını və ya doğmasını girov götürən bir şəxsi yerindəcə güllələyib məhv etsin. Xatırlamıram, məncə, olmayıb belə bir şey!

Ancaq Şüvəlanda 3 polisin qətli artıq təlimatı dəyişir: bir azərbaycanlı kişi öz doğmalarının arasında gizlənib, 3 polisi qətlə yetirirsə, artıq kimsənin öv övladının arxasında gizlənməsinə, öz övladını hansısa səbəblə girov götürməsinə polis təhəmmül etməyəcəkdi!

Bax, narahatlığımızın səbəbi bu idi: polis artıq qarşısındakı xırda xuliqanın, ya cinayətkarın, ya sadəcə dələduzun təhlükəsiz olduğuna, ona əl qaldırmayacağına inanmır. Oysa bu ölkənin polis polkovniki 2018-ci ildə əlində qılınc olan kütlənin içinə silahsız girib, danışıqlar aparmaq cəsarətində idi. Çünki inanırdı, əmin idi ki. o qılın polisə qalxmaz, azərbaycanlı heç vaxt polisə silah işlətməz, ona zərər verməyi ağlının ucundan keçirməz.

Cəmi 6 il keçib, 6-cı il – polislərin qətllləri sıralanır və polis artıq adekvat tədbirlər gösməyə məcburdur. Sabah bu ölkədə yol polisinin qanuni əmrinə tabe olmayan “əsəbi” sürücünün zərərsizləşdirilməyəcəyinə də güman yoxdur – çünki psixologiya dəyişir, polis qarşısındakından artıq ehtiyat edir, onun qətl törətməyəcəyinə inamı qalmayıb.

Bir ölkədə 75 yaşlı kişi öldürülürsə, oğul anasını amansızcasına qətlə yetirirsə, diplomatı, xalq artisti adam bıçaqlayıb-baltalayırsa, ata öv körpəsini bıçaqlayıb qətlə yetirirsə, daha polisdən hansı humanizm, hansı inam gözləmək olar? Oğlunu girov götürüb, boğazına bıçaq dayayan şəxsə polis necə inana bilər? Öz dogma oğlunu qətlə yetirən ataya hansı meyarla güvənib, silahsız ona yaxınlaşa bilər?

Dəngələr dəyişir, bu xalqın əxlaqı darmadağın olur, onillərlə öyrəşdiyimiz münasibətlər sistemi məhv edilir.

Bu xalqın mental düşüncəsində eybəcər transformasiya baş verir.

Televiziyaların əxlaqımıza hücumlarınıpn nəticəsidir; sosial şəbəkələrin bu dəyərlər sisteminə zərbələrinin “bəhrəsidir”.

Yəni bir tədbir görülməyəcəkmi? Biz Zaurların bu xalqın əxlaqını dəyişməsinə nə qədər seyrçi qalacağıq?


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol