Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov 2022-ci ilin dekabrında tutduğu postdan mədəni şəkildə uzaqlaşdırılsa da, muxtar respublikanın sosial-iqtisadi həyatında ciddi dəyişikliklər baş vermədi. Naxçıvan "xan"ının ardınca bir nömrəli sələfi sayılan müavini Azər Zeynalov da istirahətə göndərildi. Amma "xan"ın və "vəzir"in bütün səlahiyyətlərini itirməsi "kiçik torpaq"da böyük dəyişikliklərə səbəb olmadı.
BUTA.TV xəbər verir ki, muxtar respublikada sosial-iqtisadi problemlərin həll olunmaması mərkəzi hakimiyyətin nəzərini yenidən Naxçıvana yönəldib. Hakimiyyət muxtar respublikada ciddi islahatlar həyata keçirməyə hazırlaşır.
"Yeni Sabah" bununla bağlı sensasiya sayılacaq məlumatlar əldə edib. Hakimiyyətdəki mötəbər şəxs saytımıza bildirib ki, Azərbaycan Prezidentinin Naxçıvandakı xüsusi nümayəndəsi Fuad Nəcəfli ona ayrılmış "krediti" tamamilə xərcləyib qurtarıb. Buna görə də, Bakı Naxçıvandakı "islahatlara" Fuad Nəcəflinin timsalında başlamaq niyyətindədir.
Mənbənin dediyinə görə, Naxçıvan ciddi dəyişikliklər ərəfəsindədir. Onun sözlərinə görə, Fuad Nəcəfli sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərindən bir neçə gün sonra, tutduğu vəzifədən uzaqlaşdırılacaq. Nəcəfli ilə başlayacaq dəyişikliklər, Naxçıvanda dövlətin əksər qurumlarını əhatə edəcək. Rəhbərlik etdiyi sahədə müsbət dönüş yarada bilməyən bütün vəzifəli şəxslər bir-birinin ardınca istefaya göndəriləcək.
Qeyd edək ki, son vaxtlar Naxçıvanda baş vermiş ən ciddi hadisə, iyulun 5-də Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayevin tutduğu vəzifədən uzaqlaşdırılması olub.
- Nikol və Anna Zəngəzurda: Sisiyana helikopterlə uçdular - Video
- Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…
- MİQRASİYA XİDMƏTİ DƏ SAHİBKAR “OVU”NA ÇIXIB – Bu “tələyə” düşən sahibkarlar kütləvi şəkildə cərimələnir
- Onunla görüşməyi özümə yaraşdırmıram - Şeyx
- Mask Medvedyevin zarafatına belə reaksiya verdi
- Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq
- İki azyaşlı erməni Azərbaycan ərazisinə keçdi
- Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir