Növbədənkənar parlament seçkilərinə 94 saylı Ucar seçki dairəsindən qatılmaq istəyən Elton Məmmədovun deputatlığa namizədliyi ləğv edilib.
BUTA.TV konkret.az-a istinadla xəbər verir ki, Mərkəzi Seçki Komissiyanın üzvü Qabil Orucov Elton Məmmədovun təqdim etdiyi məlumatlarda və sənədlərdə ciddi nöqsanlar, saxtalaşdırılmış informasiyalar olduğunu deyib.
Onun sözlərinə görə, sabiq deputat əsasən əmlak məsələləri ilə bağlı saxtalaşdırılmış sənədlər təqdim edərək, Dairə Seçki Komissiyasında qeydə alınmasına çalışıb.
MSK üzvü bildirib ki, Elton Məmmədovun təqdim etdiyi məlumatlar nəinki onun deputat seçilməsinə, hətta seçilsə belə, mandatının əlindən alınmasına səbəb olacaq saxtalaşdırmalardır.
Elton Məmmədov haqqında deyilənlərin hamısını yalan və böhtan adlandırıb:
“Haqqımda deyilən bütün məlumatlar yalandır, iftiradır. Əsl saxtakar Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov başda olmaqla, qurumun digər bütün üzvləridir. Məndən bu qədər. Qısa və konkret”.
- Yeni ekspres marşrut fəaliyyətə başlayır: Gediş haqqı...
- Toplum TV işi: Onlara hökm oxundu
- “Toplum TV” işi üzrə hökm oxundu - 12 ildən 15 ilə kimi
- Nazirlikdən fermerlərə xəbardarlıq: Cərimə...
- Bakıda arvadını öldürən kişiyə ağır cəza...
- "Amay"ın qarşısında kişinin başına daş düşdü
- İranın bu kanalının Azərbaycandakı fəaliyyəti qanunsuzdur!
- İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya