Bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərindən sonra Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenilənəcək.
MSK-dakı dəyişiklik qurumun bütün üzvlərini əhatə edəcək. Bu barədə MSK üzvlərindən biri məlumat verib. Bildirib ki, bununla bağlı artıq onlara xəbərdarlıq edilib. Mənbə deyib ki, kadr islahatları MSK-nın tam tərkibdə yenilənməsi ilə nəticələnəcək. Onun sözlərinə görə, MSK sədri Məzahir Pənahov başda olmaqla, qurumun bütün üzvlərinin istefaya göndərilməsi nəzərdə tutulub.
MSK üzvü iddia edib ki, bununla bağlı hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə də danışıqlar aparılıb.
YAP-a MSK-nın tərkibi formalaşdırılarkən yeni namizədlər irəli sürmək təklif olunub: “Müxalifət partiyalarına da bununla bağlı müraciət olunub. Hazırda MSK-da müxalifəti təmsil edən heç bir üzv yeni tərkibdə təmsil olunmayacaq”.
Qeyd edək ki, hazırda MSK-da müxalifəti təmsil edən bir katib fəaliyyət göstərir. Bu, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının nümayəndəsi Mikayıl Rəhimovdur. Növbədənkənar parlament seçkilərindən sonra MSK-nın müxalifətdən olan katibinin ƏHD Partiyasının deyil, ReAl-ın nümayəndəsi olacağı bildirilir.
Mənbə: Yenisabah.az
- Ermənilər Sədərəkdə bunu etmək istəyir - Yeni Zəngəzur planı
- Mehdiyev niyə “91-lər”ə qoşulmayıb? - Əli Nağıyev danışdı
- Azərbaycan nümayəndə heyəti İrəvanda - Foto
- Əliyevin Ermənistan qərarı: Qarşıda hələ uzun yol var
- Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… - Sırada Mehdiyevdir?
- 1992-nin qışını xatırlayın: çörəyimiz yox idi... - Akopyan
- Zəngəzur dəhlizi və BTQ bir-birini tamamlayacaq - Boyraz
- “Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi