Azərbaycan və Ermənistan sərhədlərin demarkasiyası prosesi ilə bağlı razılığa gəlib.
BUTA.TV xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Senatın Xarici Əlaqələr Komitəsinin Regional və Təhlükəsizlik Əməkdaşlığı Alt Komitəsində "Avropanın Gələcəyi" barədə dinləmələr zamanı sualları cavablandırarkən deyib.
Diplomat daha sonra sözlərinə belə davam edib:
"Hər iki tərəf sərhədin demarkasiyası prosesi ilə bağlı razılığa gəlib. Onlar sərhəd xətlərinin hara olması barədə razılığa gəliblər. Hər iki tərəfin hələ də nəzarətdə saxladığı bəzi ərazilər var. Ancaq yəqin ki, razılaşdırılmış sərhəd xəttlərinə görə geri çəkiləcəklər və bu mənada yüksək dağlıq ərazilər xüsusi maraq doğurur. Amma bir daha vurğulayıram ki, bu, hər iki tərəfin üzərində işlədiyi bir prosesdir. Biz çox açıq şəkildə bildirdik ki, əgər sərhəddə hər hansı düzəliş olarsa, hər iki tərəf eyni fikirdə olmadığı müddətcə, razılaşdırılmış sərhəd tətbiq edilməlidir. Sülh sazişi ilə bağlı danışıqlar gedir və eyni zamanda sərhədlərin demarkasiyası ilə bağlı digər kanal vasitəsilə də danışıqlar davam edir."
- Azərbaycan müdafiə xərclərini artırır - MN
- Xəzər dənizi ilə bağlı kritik görüş
- Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi
- Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı
- Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər?
- Qətərə edilən son hava hücumu... - Ceyhun Bayramov
- Leyla Əliyevanın təşəbbüsü ilə yeni layihə işə başladı
- Rusiya Ermənistana qaz nəqlini dayandırır - Səbəb