Azərbaycanda müddətli həqiqi hərbi xidmətə iyul çağırışı başa çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.
"Vətən qarşısında müqəddəs borclarını yerinə yetirmək üçün müddətli həqiqi hərbi xidmətə yola düşmələri münasibətilə gəncləri təbrik edir və xidmətdə uğurlar arzulayırıq"- məlumatda qeyd edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 20-də imzaladığı Sərəncama əsasən, 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.
- Mişustin Azərbaycanı da bu sistemə qoşulmağa çağırdı
- Paşinyan 3-cü savaşa başladı, ermənilərə çağırış etdi
- Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi
- Arxivdən Bakıya material ötürülüb? – İrəvan casus axtarır
- Deputatdan sevindirici açıqlama: Bu, maaşın artmasına səbəb olacaq
- Rusiyada azərbaycanlılara qarşı aşağılayıcı söz: “Oğlu…”
- Bayraqdar Azərbaycanda quruğu şirkətdən danışdı - Video
- Bakı-Təbriz reysi bərpa oluna bilər - Prezidentlər danışdı