Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən ümumi təhsil pilləsi üzrə təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib.
BUTA.TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarında əksini tapıb.
Qərara əsasən, ümumi təhsil pilləsi üzrə -2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq.
Əvvəl bu müddət noyabrın 16-dan 20-dək idi.
- “100 olanda gəlib qeyd edəcəyik” - Prezidentin yaşlı qadına səmimi vədi - Video
- Tramp üçün ABŞ-dən Ankaraya tualet gətirilib? - Video
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Pensiya ilə bağlı vacib açıqlama
- Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
- Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr yaradılır?
- Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
- Sahil Babayev Kerem Bursinlə bir arada - Video