"Qarabağ"ın Bolqarıstanın “Ludoqorets” komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.
BUTA.TV AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıdakı ilk görüşü İsveçrədən, Razqraddakı cavab qarşılaşması isə İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.
6 avqust.
20:00. “Qarabağ”-“Ludoqorets”
Baş hakim: Urs Şnider
Baş hakimin köməkçiləri: Marko Zürçer, Benyamin Zürçer
Dördüncü hakim: Sven Volfensberger
VAR hakimləri: Fedayi San, Yohannes von Mandaç
Tofiq Bəhramov adına Respublika stadionu
13 avqust
22:00. “Ludoqorets”-“Qarabağ”
Baş hakim: Simon Sozza
Baş hakimin köməkçiləri: Giorgio Peretti, David İmperiale
Dördüncü hakim: Matteo Marçetti
VAR hakimləri: Gianluka Aureliano, Marko Serra
"Ludoqorets Arena"
Qeyd edək ki, Azərbaycan çempionu əvvəlki raundda Cəbəllütariqin "Linkoln" komandasını, rəqib isə Belarusun "Dinamo" (Minsk) kollektivini mübarizədən kənarlaşdırıb.
- “100 olanda gəlib qeyd edəcəyik” - Prezidentin yaşlı qadına səmimi vədi - Video
- Tramp üçün ABŞ-dən Ankaraya tualet gətirilib? - Video
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Pensiya ilə bağlı vacib açıqlama
- Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
- Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr yaradılır?
- Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
- Sahil Babayev Kerem Bursinlə bir arada - Video