Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdullah bin Touq Al Marri Şuşada səhər yürüşünə çıxıb.
BUTA.TV xəbər verir ki, nazir və həmkarları səhər saatlarında Şuşanın əsas küçə və xiyabanlarından keçməklə Cıdır düzünə qədər yürüş ediblər.
Qonaqlar Şuşanın turizm imkanlarını yüksək qiymətləndirib, mədəniyyət paytaxtının mötəbər turizm bölgəsinə çevriləcəyinə əminliklərini ifadə ediblər.
Qeyd edək ki, Şuşada iqtisadiyyat naziri Mikayıl Cabbarov və BƏƏ-li həmkarı Abdullah bin Touq Al Marrinin iştirakı ilə Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilir.
- “100 olanda gəlib qeyd edəcəyik” - Prezidentin yaşlı qadına səmimi vədi - Video
- Tramp üçün ABŞ-dən Ankaraya tualet gətirilib? - Video
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Pensiya ilə bağlı vacib açıqlama
- Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
- Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr yaradılır?
- Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
- Sahil Babayev Kerem Bursinlə bir arada - Video