Bu ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (Xidmət) mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri 48 təşkilatda (nəzarət obyektləri) apardığı yoxlamalarla ümumilikdə 3 milyon 102 min manat artıq və əsassız ödənişlər aşkar edib.
BUTA.TV xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Məlumata görə, yanvar-iyun aylarında Dövlət Xidmətinin fəaliyyətinin əsas hissəsini Baş Prokurorluqdan daxil olmuş məktub və qərarların icrası ilə əlaqədar nəzarət tədbirlərinin aparılması təşkil edib. Belə ki, Prokurorluq orqanlarının məktublarına və qərarlarına əsasən 23 təşkilatda yoxlamalar aparılmış, bu yoxlamalarla 1 milyon 990,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, yoxlama materialları nöqsanlara hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilib.
İş planına əsasən isə, Dövlət Xidməti 21 təşkilatda apardığı yoxlamalarla 1 milyon 106,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edib və bu məbləği təqsirkar şəxslərin tərəfindən bərpa etməsi təmin olunub.
Bundan başqa, Dövlət Xidməti vətəndaş müraciətlərinə əsasən 4 təşkilatda göstərilənləri yoxlayıb, cəmi 4,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyini aşkar edib və yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Baş Prokurorluğa göndərilib.
- “100 olanda gəlib qeyd edəcəyik” - Prezidentin yaşlı qadına səmimi vədi - Video
- Tramp üçün ABŞ-dən Ankaraya tualet gətirilib? - Video
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Pensiya ilə bağlı vacib açıqlama
- Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
- Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr yaradılır?
- Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
- Sahil Babayev Kerem Bursinlə bir arada - Video