Avqust ayı olmasına baxmayaraq, xüsusilə paytaxt Bakıda mövsümi meyvə-tərəvəzin qiyməti həddindən çox yüksəkdir. Hazırda bazarlarda pomidor qiymətləri 1 manat 50 qəpikdən başlayır, 4-5 manata qədər davam edir. Xiyarın qiyməti isə 1 manat 50 qəpiklə 2 manat 50 qəpik arasında dəyişir.
BUTA.TV Xezerxeber.az-a istinadən xəbər verir ki, satıcılar havaların yağmurlu keçməsinin məhsuldarlığa, bunun isə öz növbəsində qiymətlərə təsir etdiyini deyirlər. Alıcılar isə son günlər bazarlarda daha çox kartof, soğan və bəzi tərvəzlərin qiymətinin artdığını bildirirlər:
“Əslində bütün məhsullar çox bahadır. Dəhşət bahalıqdır. Baha olmayan məhsul yoxdur. Pomidor-xiyar, meyvəyə yaxın durmaq olmur”.
Görünən odur ki, bazarlarda qiyməti dəyişməyən tək məsul isə qarpızdır.
Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
Ekspertlər isə hesab edirlər ki, hazırkı qiymət artımı müvəqqəti xarakter daşıyır. Onların fikrincə, hava sabitləşdikcə, qiymətlər də yaxın zamanlarda stabilləşəcək.
Ətraflı videomaterialda:
- Traktorun təkəri altında qaldı, öldü
- Bakıda güclü külək: 7 ağac sındı
- Ağdamın kəndlərində baş verən yanğınlar söndürüldü
- I yarımildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub?
- Magistraturaya ixtisas seçiminin vaxtı uzadıldı
- Şahin Bağırov onu rəis təyin etdi - Foto
- Tozlu hava nə vaxta kimi davam edəcək?
- Bakı havasındakı tozun səbəbi - Açıqlandı