Ölkəmizdə payız aylarında iki mötəbər tədbir – Formula-1 yarışması və COP29 iqlim sammiti keçiriləcək. Sözügedən tədbirlərə qonaqların, turistlərin gəlişini asanlaşdırmaq üçün Avropa ölkələrindən, başqa şəhərlərdən Bakıya birbaşa təyyarə reysləri təşkil ediləcəkmi?
Azərbaycana viza almaq şərtləri asanlaşdırılacaqmı?
Çünki bu iki amil Azərbaycanda keçirilən beynəlxalq tədbirlərə, yarışlara turistlərin gəlişinə ciddi təsir edir.
BUTA.TV xəbər verir ki, Globalinfo.az-a danışan Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov deyib ki, adətən, belə mötəbər tədbirlərdə bütün ölkələrdə asanlaşdırıcı addımlar atılır.
Onun sözlərinə görə, ölkəyə məhz bu tədbirlə əlaqədar gələn turistlər üçün xüsusi hazırlıqlar görülür:
“Vizaların yerində verilməsi həyata keçirilir və asanlaşdırılır. Bəzən bu cür tədbirlərlə bağlı ölkəyə gələn turistlər viza rüsumlarından da azad edilir. Sadəcə, gələn şəxslər tədbirin keçirildiyi müddət ərzində gəlməli və məhz bu tədbirdə iştirak etdiyini bəyan etməlidir. Əlbəttə ki, “Formula-1” tədbiri üçün də biletlər satılır. Bununla da bağlı qonaqlar bileti təqdim etməklə vizanı asan şəkildə əldə edə bilərlər və viza üçün hər hansı bir ödəniş tələb olunmur. Bu, turistlərin tədbirdə iştirakını təmin edir”.
C.Aşurov uçuşlarla bağlı danışıb:
“Tədbirlərin zamanı artıq bəllidir. Orada iştirak etmək üçün hər hansı bir dəvəti, bileti göstərməklə asan şəkildə viza əldə edə bilərlər. Birbaşa təyyarə biletləri haqda konkret bir söz deyə bilmərəm. Amma adətən, Azərbaycana gəlmək üçün artıq bir çox ölkələrdən birbaşa reyslər var. İstanbul üzərindən isə az qala dünyanın bütün ölkələrindən ölkəmizə gəlmək mümkündür. Burada əsas məsələ təyyarələrdən çox vizanın daha rahat olmasındadır ki, bu da nəzərə alınır. Əgər bizim tədbirdə iştirak üçün bilet varsa və gəldikləri tarix həmin ərəfəyə uyğundursa, o zaman rahat şəkildə gələ bilərlər”.
- “100 olanda gəlib qeyd edəcəyik” - Prezidentin yaşlı qadına səmimi vədi - Video
- Tramp üçün ABŞ-dən Ankaraya tualet gətirilib? - Video
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Pensiya ilə bağlı vacib açıqlama
- Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
- Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr yaradılır?
- Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
- Sahil Babayev Kerem Bursinlə bir arada - Video