Sel suları Qusarın Ləzə kəndində Qusarçay üzərindəki körpünü yarasız hala salıb.
BUTA.TV xəbər verir ki, Ləzə kəndinin sakinləri bu körpüdən keçərək biçənək və örüş sahələrinə gedirlər. Azərbaycanda ən yüksəklikdə yerləşən yaşayış məntəqəsi Yerği Kek kəndinin sakinləri də bu körpüdən istifadə edirlər. Körpü dağıldıqdan sonra əks istiqamətdə qalan avtomobillər Ləzə kəndinə qayıda bilmirlər.
Qusar Rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzov bildirib ki, uzun müddətdir istifadə olunan körpüyə sel suları nəticəsində ziyan dəyib, ötən gün isə körpü tamamilə dağılıb.
“Körpü heç bir qurumun balansında deyil. Vaxtilə sakinlərin təşəbbüsü ilə tikilib. Eni 3, uzunu 5-6 metrdir. Bu gün vəziyyətlə yerində tanış olduq. Körpü tamamilə dağılıb. Yeni körpü tikilməlidir. Çayda suyun səviyyəsi aşağı düşdükdən sonra körpünün bərpası həyata keçirilə bilər”, - Şahid Fərəməzov bildirib.
Körpünün dağılması barədə Fövqəladə Hallar Nazirliyinə və digər müvafiq dövlət qurumlarına məlumat verilib.
- Paşinyandan Qarabağla bağlı üç etiraf...
- İrəvanı Moskva asılılığından Bakı xilas edəcək - Sekuta
- Azərbaycan və Suriya arasında görüş: Təhlükəsizlik...
- Müharibə vaxtı Azərbaycanın İsrailə yardım etməsi... - İran
- Bakı, Daşkənd və Aşqabad birgə bəyanat qəbul etdi
- Zəngəzur dəhlizindən nə qədər gəlir əldə olunacaq? - Uraloğlu
- Simonyan Bakı ilə razılaşmadan danışdı: İndi daha çox dərk edirik
- Matviyenko Mehriban Əliyevanı təbrik etdi