Sosial şəbəkələrdə və bəzi media orqanlarında dünən həbs olunan tanınmış kriminal avtoritet, milyonçu Oleq Krapivinin (Oleq Bakinski) Prezident İlham Əliyevlə fotosu paylaşılır. Paylaşımlardan belə anlaşılır ki, həmin foto Oleq Bakinski “Tərəqqi"medalı ilə təltif olunarkən çəkilib.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, sözügedən foto 2016-cı ildə Prezidentin bir sıra veteran idmançılarla görüşü zamanı çəkilib.
Məlum olduğu kimi, Oleq Krapivin sərbəst güləş üzrə Azərbaycanın və SSRİ-nin əməkdar məşqçisi, əməkdar idman ustasıdır. O, 14 dəfə Azərbaycan çempionu, veteranlar arasında dünya çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalibi olub.
Oleq Krapivin “Tərəqqi" medalı ümumiyyətlə almayıb. O, 22 aprel 2022-ci ildə, Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında “Dostluq” ordeni ilə təltif olunub. Həmin vaxt Prezident şəxsən heç kimi təltif etməyib.
Qeyd edək ki, “Oleq Bakinski”nin konkret hansı əməlinə görə həbs edilməsi hələlik açıqlanmır. Dünən DİN-in Mətbuat Xidmətidən bildirilib ki, “Oleq Bakinski” törətdiyi cinayət əməlinə görə həbs edilib, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları tərəfindən cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Tramp üçün ABŞ-dən Ankaraya tualet gətirilib? - Video
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Pensiya ilə bağlı vacib açıqlama
- Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
- Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr yaradılır?
- Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
- Sahil Babayev Kerem Bursinlə bir arada - Video
- Sabah çimərliyə getmək istəyənlərin diqqətinə!