Osmanlı İmperiyası hər zaman bir çox insanın diqqətini çəkib. Burada xüsusilə sultanların şəxsi həyatı daha çox maraq doğurur.
Kult.az sizə Osmanlı sultanlarının bilinməyən tərəflərini təqdim edir: Yüzdən çox qalaya hökmdarlıq edən Orxan Qazi vaxtının çox hissəsini bu qalaların ətrafında dolaşmaqla keçirirdi. Bir səyyahın dediyinə görə, o, heç bir şəhərdə bir aydan çox qalmayıb.
Dövrünün ən dəbli geyinən adamlarından olan Qanuni Süleyman xarici görünüşünə çox önəm verirdi. Onun daş-qaşlara marağı həddindən artıq çox idi.
Fateh Sultan Mehmetin ən böyük həvəsi kartoqrafiya idi. Yeməklərini tək yeməyi xoşlayırdı. Tək yeməyi sevən sultan bu adəti saraya ilk gətirən şəxs kimi də tanınır.
Musiqidən və şeirdən xüsusi zövq alan II Murad sənətçilərə xüsusi önəm verirdi. Ovçuluğa olan marağı ilə yanaşı, tam kitab "qurdu" idi. O, şəxsi kitabxanası olduğunu bildiyimiz ilk Osmanlı sultanıdır.
Pul çapı ilə çox maraqlanan III Mustafa əsl pul qazanan adam idi. Bəxtə çox inanan sultan astrologiya ilə də maraqlanırdı.
- Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan
- ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
- Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan
- 95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!
- Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…
- Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir
- AB və Azərbaycan arasında mühüm müzakirə
- Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi