Zəngilan rayonunun Şəfibəyli kəndində yanğın baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində açıq ərazidə ümumilikdə 120 hektar sahədə kol-kos, quru ot, biçilmiş taxıl sahəsi yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
- Zəngəzur dəhlizindən nə qədər gəlir əldə olunacaq? - Uraloğlu
- Simonyan Bakı ilə razılaşmadan danışdı: İndi daha çox dərk edirik
- Matviyenko Mehriban Əliyevanı təbrik etdi
- İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - Video
- Fərhad Əhmədovun Azərbaycandakı mülklərinə həbs qoyuldu
- Metroda suşi qonaqlığı: Rəhbərlik buna necə yol verib? - VİDEO
- Paşinyan Qarabağa görə SSRİ-ni ittiham etdi: Ermənistanın məhvi...
- Prezident: Bölgəmizdə yeni əməkdaşlıq formatı yaradılır