Paris-2024: Boksçumuz qızılın bir addımlığında

15:56 - 4 Avqust 2024 - GÜNDƏM

 Paris-2024: Boksçumuz qızılın bir addımlığında

Azərbaycanın bokusçusu Alfonso Dominqes (92 kq) Paris Olimpiadasında finala yüksəlib.

BUTA.TV xəbər verir ki, təmsilçimiz yarımfinalda ispaniyalı Emmanuel Reyes Planı məğlub edib.

Döyüş boksçumuzun üstünlüyü ilə keçib. Hər 3 raundu aktivinə yazan boksçu Fransa paytaxtında ardıcıl 3-cü qələbəsini qazanıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 30:27).

Bununla da Dominqes finala vəsiqə qazanıb. Həlledici görüş avqustun 9-da baş tutacaq.

Qeyd edək ki, Tokio-2020-də bürünc medal qazanan A.Dominqes Azərbaycan tarixinə iki olimpiya medalı qazanan ilk boksçu kimi düşüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol