“Hindli Nastradamus”: Bu gün Dünya savaşı başlayacaq!

08:46 - 5 Avqust 2024 - GÜNDƏM

 “Hindli Nastradamus”: Bu gün Dünya savaşı başlayacaq!

“Hindistanlı Nostradamus” adlandırılan məşhur hind astroloqu Kuşal Kumar Üçüncü Dünya müharibəsinin başlaması üçün yeni bir tarix təyin edib.

Kult.az xəbər verir ki, onun proqnozuna görə, Üçüncü Dünya müharibəsi ya avqustun 4-də, ya da 5-də başlayacaq.

Qeyd edək ki, Kumar Üçüncü Dünya müharibəsinin başlama tarixi ilə bağlı dəfələrlə proqnozlar verib, lakin indiyədək onların heç biri özünü doğrultmayıb. O, daha əvvəl müharibənin 2024-cü il iyunun 18-də başlayacağını bildirsə də, bu tarix insidentsiz keçib. Daha sonra o, Dünya müharibəsinin ya iyulun 26-da, ya da 28-də başlayacağını elan etmişdi.

Bundan öncə o, İsraillə-HƏMAS və Rusiya-Ukrayna müharibəsini proqnozlaşdırmaqla məşhurlaşıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol