2024-2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start verilir.
BUTA.TV xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
Belə ki, yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək.
"Elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat öncədən ictimaiyyətə elan ediləcək", - deyə məlumatda qeyd edilib.
- Sahil Babayev Kerem Bursinlə bir arada - Video
- Sabah çimərliyə getmək istəyənlərin diqqətinə!
- “O biri qız hanı? Onunla ayrı çəkdirərik” - Video
- İlham Əliyev Quzeyxırman kəndində oldu
- Heyvanlarla bağlı yeni tələblər daxili daşımalara şamil edilir?
- Güclü külək əsəcək – Xəbərdarlıq
- İlham Əliyev Şuşada "Yasəmən" otelinin yeni korpusları ilə tanış oldu
- 4 ilə bu qədər dəyişdi - Fotolar