Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə fəaliyyət göstərən orta məktəblərdə (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib.
BUTA.TV xəbər verir ki, sözügedən qərarla ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq.
Noyabrın 9-10-nu və 23-24-ü şənbə və bazar günlərinə təsadüf edir. Həmçinin 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü qeyri-iş günləridir. 9 noyabr şənbə gününə düşdüyü üçün 11 noyabr da qeyri-iş günü olacaq.
Beləliklə, orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayacaq və tam 17 gün – 25 noyabra qədər davam edəcək.
Noyabrın 25-i dərs günü olacaq.
Qeyd edək ki, noyabrda həftəsonlarını da hesablasaq, cəmi 10 gün dərs olacaq.
- Rafael Ağayevdən vəfat edən atası ilə bağlı duyğusal paylaşım - Foto
- Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
- Bakının bu ərazilərində işıq olmayacaq
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Bu görüntülər matçı kölgədə qoydu - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi