AB Maduronun qələbəsini tanımır

13:24 - 5 Avqust 2024 - GÜNDƏM

 AB Maduronun qələbəsini tanımır

AB Venesuelada keçirilən son prezident seçkisində Nikolas Maduronun yenidən seçilməsini tanıya bilməz, çünki ölkənin seçki qurumu hələ rəsmi səsvermə qeydlərini təqdim etməyib.

BUTA.TV xəbər verir ki, bu barədə AB Şurasının bəyanatında deyilir.

Qeyd olunur ki, AB Venesueladakı hadisələri böyük narahatlıqla izləməkdə davam edir:

“Beynəlxalq seçki müşahidə missiyalarının hesabatlarında iyulun 28-də keçirilmiş prezident seçkilərinin beynəlxalq seçki standartlarına cavab vermədiyi açıq şəkildə qeyd edilib”.

Xatırladaq ki, Venesuelada keçirilən seçkidə Maduro 51% səslə qalib gəlib. Bunun ardınca ölkədə müxalifət küçələrə axışıb və iğtişaşlar baş verib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol