UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Ludoqorets" (Bolqarıstan) oyununa 23000 bilet satılıb.
Ağdam klubundan BUTA.TV-a verilən məlumata görə, avqustun 6-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.
Biletləri “Iticket.az”ın satış məntəqələri (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.
- Çin rekorda, ABŞ antirekorda imza atdı
- NATO iclasında Azərbaycana qarşı hücumlardan danışıldı
- Fransa silahları Ermənistandadır: Bəs, rus silahları? - Gevondyan
- Bakı razılıq verdi, EPU İrəvanda olacaq: Əliyev də gedəcək?
- Əminə Ərdoğandan Qarabağ atları ilə bağlı paylaşım - Video
- Biz Ermənistanın taleyini Türkiyə ilə müzakirə edə bilərik!
- Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi - Tarasov
- Azərbaycan yeganə müsəlman ölkəsidir ki... – İsrail səfiri