Ukraynanın döyüş meydanlarında müharibənin gələcəyi sürətlə dəyişir. Minlərlə dron səmanı doldurur.
BUTA.TV xəbər verir ki, bu barədə “Foreign Affairs” nəşri yazıb.
"Bu dronlar və onların operatorları maneələrdən qaçmaq və potensial hədəfləri müəyyən etmək üçün süni intellekt sistemlərindən istifadə edirlər", - nəşr bildirib.
Qeyd olunur ki, bu sistemlər sayəsində Ukrayna ordusu tankları məhv edir və təyyarələri dağıdıcı effektivliklə vurur.
“Hər iki dövlət fasiləsiz hücumlara tab gətirə bilən və düşmənin müdafiəsinə yara bilən daha təkmil texnologiyalar yaratmağa çalışır”, - materialda deyilir.
Məqalədə Azərbaycan hərbçiləri tərəfindən Qarabağın geri alınmasında Türkiyə və İsrail istehsalı olan pilotsuz təyyarələrdən uğurla istifadə edildiyi də xatırladılıb.
- Sabah çimərliyə getmək istəyənlərin diqqətinə!
- “O biri qız hanı? Onunla ayrı çəkdirərik” - Video
- İlham Əliyev Quzeyxırman kəndində oldu
- Heyvanlarla bağlı yeni tələblər daxili daşımalara şamil edilir?
- Güclü külək əsəcək – Xəbərdarlıq
- İlham Əliyev Şuşada "Yasəmən" otelinin yeni korpusları ilə tanış oldu
- 4 ilə bu qədər dəyişdi - Fotolar
- Prezident Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu