"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
BUTA.TV xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin ilk oyununda Bakıda Bolqarıstanın “Ludoqorets” klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçın baş hakimi isveçrəli Urs Şnider olacaq.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
20:00. “Qarabağ”-“Ludoqorets”
Baş hakim: Urs Şnider
Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, cavab görüşü avqustun 13-də "Ludoqorets Arena"da gerçəkləşəcək.
- Sabah çimərliyə getmək istəyənlərin diqqətinə!
- “O biri qız hanı? Onunla ayrı çəkdirərik” - Video
- İlham Əliyev Quzeyxırman kəndində oldu
- Heyvanlarla bağlı yeni tələblər daxili daşımalara şamil edilir?
- Güclü külək əsəcək – Xəbərdarlıq
- İlham Əliyev Şuşada "Yasəmən" otelinin yeni korpusları ilə tanış oldu
- 4 ilə bu qədər dəyişdi - Fotolar
- Prezident Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu