Oleq Krapivin – Oleq Bakinski olduqca təzadlı şəxsdir: 1960-cı ildə Şamaxıda anadan olub, 6 il sonra ailəsi ilə Bakıya köçüb, idman təmayüllü internat məktəbində təhsil alıb, sərbəst güləş üzrə ondördqat Azərbaycan çempionudur.
1989-cu ildə Ukraynaya gedib və bir müddətdən sonra iş adamına çevrilib. Bir neçə il öncəyə qədər 84 milyonluq var-dövlətlə Ukraynanın 100 varlı şəxsi sırasına (98-ci yer) düşməyi bacarmışdı.
Oleq Krapivin həm də kriminal aləmdə “Oleq Bakinski” kimi tanınır, avtoritetdir və avtoritet olduğunu heç vaxt gizlətməyib. Onun haqqında təzadlar da buradan başlayır: bir çoxu Bakinskinin diaspor fəallığını özünə və sərvətinə “qalxan” yaratmaq üçün düşünülmüş addım kimi qiymətləndirir və Ukraynadakı Azərbaycan diasporunda onun adının hallanmasına qarşıdır, çünki kriminal aləmə ciddi şəkildə bağlılığı olan Krapivin Azərbaycan diasporu haqda heç də müsbət imic formalaşdırmır, üstəlik, onun Ukraynada olan varlı azərbaycanlılardan “haqq” tələb etməsi iddiaları da var; bəziləri isə onun Ukraynada darda olan azərbaycanlılara doğrudan da dəstək olduğunu bildirir.
Oleq Krapivin 2016-cı ildə Azərbaycanın bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adına da layiq görülüb. Ancaq 2022-ci ildəki “Dostluq” ordenindən fərqli olaraq, bu fəxri adı hallandırılmır. Çünki doğrudan da ondördqat çempion olmaqla yanaşı, Krapivin veteranlar arasında dünya çempionatının da qalibi olub.
“Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ: 4 min manata satdığı telefon… FOTO
2022-ci ildə isə vəziyyət dəyişmişdi. Belə ki, 2020-ci ildən başlayaraq, Krapivin haqda Ukrayna mediasında ciddi iddialar səsləndirilirdi və bu iddiaların davamı olaraq onun haqqında araşdırma başlamışdı. Onun hətta bir əməliyyat zamanı “qanuni oğru” kimi Ukrayna polisi tərəfindəns axlanıldığını əks etdirən fotolar da yayılmışdı.
2022-ci il 24 fevralda Rusiyanın Ukraynaya hücumundan sonra isə vəziyyət Bakinski üçün daha da çətinləşir: o, mediada 90-cı illərdə qəsb və quldurluqla var-dövlət toplamaqda ittiham edilir, istintaqın isə istiqaməti dəyişir - işğalçılarla əməkdaşlıq və şəriklik şübhəsi, Kadırovun Ukraynadakı quldur dəstələri ilə əlaqə və Zaporojye vilayətində humanitar yüklərin bir hissəsinin onlara ötürülməsi ehtimalı...
Krapivin bu araşdırmanın nəticəsini gözləmədən Ukraynanı tələsik tərk etmiş və Bakıya yerləşmişdi. 26 iyunda isə onun haqda qərar çıxarılır: Ukraynada yaşayış izni ləğv edilir, Ukraynaya girişi qadağan edilir. Onun FTX ilə əməkdaşlığı şübhəsi ilə araşdırmalar davam etdirilir.
Məhz bu araşdırmalar getdiyi bir vaxtda da Oleq Krapivin diaspor fəaliyyətinə görə “Dostluq” ordeninə layiq görülür.
Onun “Dostluq” ordeninə təqdimatını, əlbəttə ki, Diasporla İş üzrə Dövlət Komitəsi verib. Komitə barəsində cinayət təqibi olan, haqqında istintaq gedən, Ukraynadan qaçmağa məcbur olan bir şəxsi hansı əsasla və meyarla ordenə təqdim etmişdi?
Digər məsələ: qeyd etdiyimiz kimi, Ukraynadakı Azərbaycan diasporunda Oleq Bakinski haqda birmənalı rəy yoxdur və böyük əksəriyyət adının onunla eyni təşkilatda-qurumda çəkilməsini istəmir. Bu isə Ukraynadakı diasporumuzun parçalanmasını səbəb olmuşdu. Belə məqamda Diaspor Komitəsi niyə yerli diaspor üzvlərinin rəyini öyrənmədən və ya bu rəyə əhəmiyyət vermədən Oleq Krapivini yüksək ordenə təqdim edib?
Güman edirik ki, Diaspor Komitəsi bu suallara aydınlıq gətirəcək...
Qeyd: DİN ötən ilin martında Bakının Nərimanov rayonunda əməliyyat keçirmiş və cinayətkar dəstə üzvlərini həbs etmişdilər. Onlar pul almaq məqsədilə oğurladıqları iş adamı Sahib İsmayılzadəni saxladıqları evdə yaxalanmışdılar.
Azərbaycan mediası bu əməliyyatdan Ukrayna KİV vasitəsilə xəbər tutdu. Ukrayna mediası həbs edilənlərin Oleq Bakinskinin dəstəsi olması ilə bağlı iddia yaymışdı.
Zəruri olaraq xatırladaq ki, Oleq Bakinski “Rusiya vətəndaşına qarşı xuliqanlıqda” təqsirli bilinərək, həbs edilib.
- Elman Paşayevin evindən külli miqdarda pul götürüldü
- Deputatlarımız gələn ay İrəvana gedəcək?
- “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ: 4 min manata satdığı telefon… FOTO
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video