ABŞ texnologiyasının qeyri-leqal yollarla Rusiyaya satışını dayandırmağımız üçün Türkiyənin köməklik göstərməsi lazımdır.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ ticarət katibinin köməkçisi Metyu Akselrod “Faynənşl Tayms”a müsahibəsində deyib.
O qeyd edib ki, Vaşinqtonun Türkiyədən əsas tələbi ABŞ mənşəli çip və digər hisslərin Rusiyaya tədarükünün qarşısını almaqdır.
“Türkiyə Moskvanın savaş maşını üçün həyati önəm daşıyan ABŞ mənşəli çiplərin Rusiyaya ixracına məhdudiyyətlər tətbiq etməsə, qarşılıq verməkdən başqa çarəmiz qalmayacaq”, - o vurğulayıb.
Akselrod Ankara və İstanbulda Türkiyənin səlahiyyətli şəxsləri ilə bu mövzuda görüşüb, müzakirə apardığını da əlavə edib.
- Güclü külək əsəcək – Xəbərdarlıq
- İlham Əliyev Şuşada "Yasəmən" otelinin yeni korpusları ilə tanış oldu
- 4 ilə bu qədər dəyişdi - Fotolar
- Prezident Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu
- Naxçıvan-Sədərək magistralında maşın yandı - Foto
- İlham Əliyev "Sadıqcanın evi"nin açılışında iştirak etdi
- Narkotikin təsiri altında maşın sürən şəxs sürücü saxlanıldı
- BTQ bu institutla memorandum imzalandı - Foto