Bakıda özəl məktəblərin əlyandıran qiymətləri: Bu pulu verməyə dəyərmi?

17:19 - 7 Avqust 2024 - CƏMİYYƏT

 Bakıda özəl məktəblərin əlyandıran qiymətləri: Bu pulu verməyə dəyərmi?

Hazırda Bakıda 34 özəl məktəb fəaliyyət göstərir. Bu müəəssilərdən aşağı məbləğdə olanının illik təhsil haqqı 5500 manatdır. Bu məbləğ 17 500 manata qədər dəyişir. Məktəblərin 13-ü təhsil haqqını 2000-4000 manat arasında qaldırıb. 

Hər il DİM imtahanın nəticələri açıqlandıqda özəl məktəblərdə oxuyan abituriyentlərin isə adları yüksək nəticə göstərənlərin siyahısında olmur. Bəs görəsən, həmin abituriyentlər xaricdə oxumağa üstünlük verirlər, yoxsa imtahandan zəif nəticə göstərirlər?

Ümumiyyətlə, özəl məktəblərə bu qədər pul verməyə gərək varmı? 

Mövzu ilə bağlı BUTA.TV-a təhsil eksperti Elçin Əfəndi danışıb. 

Bu xəbər hal-hazırda çox oxunur
Prezidentdən qərar: Bu agentlik ləğv olunur

Ekspert bildirib ki, özəl məktəblər qiymətləri özləri istədikləri tərzdə təyin etmə hüququna malikdirlər: 

“Həmin məktəblər konkret olaraq özəl məktəblərdir və onlar özləri təhsil keyfiyyəti və ümumi maddi infrastruktur baxımından qiymətləri istədikləri kimi təyin edə bilirlər. Bu, həmin təhsil müəssisə rəhbərlərinin və ya ümumi pedaqoji şurasının verdiyi qərardan asılı olaraq dəyişən bir məsələdir. Məsələn, elə təhsil müəssisələri var ki, konkret olaraq servis xidməti təşkil edir və şagirdləri evinə aparıb-gətirir. Bunun  üçün əlbəttə ki, müəyyən ödəniş tələb olunur və həmin siyahıya aid edilir”.

E.Əfəndinin sözlərinə görə, özəl  məktəblərdə oxuyan əksər şagirdlər xaricdə təhsil almaqda maraqlıdırlar:

“Şagirdlərin əksəriyyəti DİM-in imtahanında iştirak etmir və bir sıra beynəlxalq proqramlara qoşularaq xaricdə oxumağa üstünlük verirlər. DİM imtahanında iştirak edən abituriyentlərin də bəziləri yüksəl bal yığan abituriyentlərin siyahısına daxil ola bilir, bəziləri isə bunu bacarmır.

Ümumiyyətlə, belə məktəblərin dövlət təhsil müəəsisələrindən fərqi ondan ibarətdir ki, adı üstündə özəldirlər. 

Özəl təhsil müəəsisləri də dövlət təhsil müəssisələri kimi bir-birləri ilə rəqabət aparırlar. Bütün auditoriyalarda dərsləri ağıllı lövhələr vasitəsilə keçirlər. Elə məktəblər var ki, xaricdən müəllim dəvət edir, ingilis dilinin xarici müəllim tərəfindən tədrisini həyata keçirir. Bu kimi müxtəlif parametrlərə baxıldıqda belə təhsil müəəsisləri o istiqamət üzrə hər bir istəyə cavab verir.  Bunun üçün də qiyməti istədikləri kimi təyin edə bilirlər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol