Təxminən 7 il əvvəl İspaniya bölgəsində müstəqillik referendumunu təşkil etdikdən sonra ölkədən qaçan Kataloniyanın sabiq lideri Karles Puçdemon həbs olunma qərarına baxmayaraq, cümə axşamı ölkəyə qayıdıb.
BUTA.TV xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Məlumata görə, o, Belçikaya səfərindən sonra Barselonaya nümayişkəranə şəkildə qayıdıb. Onu Barselonanın mərkəzi parkında Kataloniya bayraqları ilə qarşılayıblar. Tədbiri Puçdemonun “Kataloniya naminə birlikdə” siyasi partiyası təşkil edib. Polis Kataloniya parlamentinin binasının yerləşdiyi ərazini bağlayıb.
Onun geri qayıtmasına yerli hakimiyyət orqanlarının necə reaksiya verəcəyi hələ də bəlli deyil.
- Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılır
- Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə qayıdacaq
- İsmayıllıda torpaq sürüşməsi: üç ailənin yaşadığı ev...
- Üç min vətəndaşın yolu uzanıb - 4 aydır tədbir görülmür-Video
- Günay Novruzqızına vəzifə verildi
- Xırdalanda minik avtomobili sərnişin avtobusuna çırpıldı - Video
- Balakəndə su dolmuş ərazilər təmizlənir - Video
- İstirahət günü hava necə olacaq?