Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Tofiq İbrahimov Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, hazırda ölkəmizdə icra başçısı olmayan şəhər və rayonların sayı 3-dür.
Belə ki, Ağdaşla yanaşı Culfa rayonunun və Naxçıvan şəhərinin icra başçısı vəzifəsi boşdur.
Culfanın icra başçısı Siyam Çərkəz oğlu Hacıyev isə 31 avqust 2023-cü il tarixində işdən çıxarılıb və onun yerinə təyinat aparılmayıb.
17 noyabr 2023-cü il tarixində isə Mirsənani Seyidov Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Şəhər rəhbərinin yerinə hələ ki, təyinat olmayıb.
- Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə qayıdacaq
- İsmayıllıda torpaq sürüşməsi: üç ailənin yaşadığı ev...
- Üç min vətəndaşın yolu uzanıb - 4 aydır tədbir görülmür-Video
- Günay Novruzqızına vəzifə verildi
- Xırdalanda minik avtomobili sərnişin avtobusuna çırpıldı - Video
- Balakəndə su dolmuş ərazilər təmizlənir - Video
- İstirahət günü hava necə olacaq?
- Masallıda atdan yıxılan 49 yaşlı kişi öldü