Meksika körfəzində yaranan “Debi” tropik fırtınası nəticəsində ölənləri sayı 7-yə çatıb.
BUTA.TV xəbər verir ki, onlardan 6-sı avtomobil qəzası və üzərinə ağac düşməsi nəticəsində həyatını itirib. Fırtına ilk olaraq avqustun 5-də zəif kateqoriyalı qasırğaya çevrilərək Florida ştatı sahillərindən quruya çıxıb. Növbəti gün küləyin sürəti saatda 80 kilometrə kimi yüksəlib. Qasırğanın əsas təsirləri Florida, Corciya, Şimali və Cənubi Karolina ştatlarında hiss olunub.
Hazırda Şimali Karolina, Virciniya və Merilənd ştatlarında güclü küləyin və yağışın davam edəcəyi bildirilir. Hər üç ştat fövqəladə şəraitə hazırlıqlı vəziyyətə gətirilib.
- Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılır
- Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə qayıdacaq
- İsmayıllıda torpaq sürüşməsi: üç ailənin yaşadığı ev...
- Üç min vətəndaşın yolu uzanıb - 4 aydır tədbir görülmür-Video
- Günay Novruzqızına vəzifə verildi
- Xırdalanda minik avtomobili sərnişin avtobusuna çırpıldı - Video
- Balakəndə su dolmuş ərazilər təmizlənir - Video
- İstirahət günü hava necə olacaq?