“Sentyabrın 5-də Bakı SİLKƏLƏNƏCƏK” – SENSASİON AÇIQLAMALAR

08:37 - 14 Avqust 2024 - CƏMİYYƏT

 “Sentyabrın 5-də Bakı SİLKƏLƏNƏCƏK” – SENSASİON AÇIQLAMALAR

Xəbər verildiyi kimi, sentyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan – İsveç qarşılaşması baş tutacaq.

UEFA Millətlər Liqasında qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Azərbaycan – İsveç oyununun biletləri artıq satışa çıxarılıb. Bəs sentyabrın 5-də baş tutacaq qarşılaşmadan nə gözləyək? Sualımıza cavab tapmaq məqsədilə tanınmış futbol şərhçisi Ceyhun Rzayevə müraciət etdik. Şərhçi Musavat.com-a açıqlamasında İsveçin favorit olduğunu bildirdi: “Lakin kağız üzərində. Amma biz doğma meydanda oynayırıq. Doğma meydanda oynayırıqsa, ən azı heç-heçə etməliyik. Qalib gəlsək, daha yaxşı olar. Portuqaliyalı mütəxəssis Fernandu Santuş milli komandaya yeni baş məşqçi təyin olunub. Onun millinin sükanı arxasında ilk oyunu olacaq. Məndə olan məlumata görə, Santuş “Qarabağ”ın istər UEFA Çempionlar Liqasında oyununa baxıb, istərsə də çempionatda “Kəpəz”ə qarşı oyunda stadionda olub.

“Qarabağ”, onun oyun modeli, meydanda göstərdiyi futbol sistemi haqda çox yüksək fikirdədir. Ətrafına elə deyib. Ona görə böyük ehtimalla çalışacaq ki, millinin əsas heyətinin özəyini “Qarabağ”lı futbolçulardan qursun. Necə bir heyət quracağı mənə də maraqlıdır. Əvvəlki baş məşqçilərin istifadə etdiyi futbolçulara güvənəcək, yoxsa millidə yeni simanı görə biləcəyikmi? Gənclərə etimad göstərəcəkmi? Məsələn, “Sabah”ın 20 yaşlı futbolçusu Xəyal Əliyev bu mövsüm çox yaxşı oynayır - istər avrokubok oyunları, istər milli çempionat baxımından. Xəyalı milliyə cəlb edəcəkmi? Maraqla gözləyirik.

Ümid edirəm, məğlub olmayacağıq. Məğlubiyyət çox pis nəticədir. Çünki doğma meydanda, öz azarkeşlərimizin qarşısında oynayacağıq. Uduzmamalıyıq, uduzsaq, bu, çox zəif nəticə hesab olunacaq. Amma heç-heçə qənaətbəxş nəticə olacaq. Nəzərə alsaq ki, İsveç komandası yüksək səviyyəli bir komandadır. Qalib gəlsək, çox gözəl nəticə olar. Üstünlüyü o olacaq ki, milli komandaya inam yaranacaq, yeni mərhələyə başlayırıq. Digər üstünlük - 3 xalla başlayacağıq”.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıdakı "lüt qadın heykəli" söküldü

Qeyd edək ki, Azərbaycan – İsveç oyununun biletlərinin qiyməti sektorlara görə 3, 5 və 10 manat təşkil edir. VİP sektoruna biletlərin qiyməti isə 20-30 manatdır.

Biletlərin cibə uyğun təşkil olunması tribunalara azarkeş axınını təşkil edir. Belə olan halda millimizə yüksək dəstək qaçılmazdır. Bir sözlə, yüksək ruh üçün stimul olacaq.

Ceyhun Rzayev qeyd etdi ki, azarkeşin çox olması həmişə oyunçulara əlavə ruh yüksəkliyi verir:

“Doğma meydanda oynayan bir komanda üçün azarkeş dəstəyi çox böyük üstünlükdür”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol