UEFA Çempionlar Liqasının pley-off mərhələsində çıxış edən "Qarabağ" daha bir itki ilə üzləşib.
BUTA.TV xəbər verir ki, "köhlən atlar"dan Julio Romao Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında forma geyinməyəcək.
Futbolçu Zaqreb "Dinamo"su ilə Xorvatiyadakı görüşdə sarı vərəqə aldığına görə cəzalı duruma düşüb. Bu, braziliyalının mövsümdə 3-cü xəbərdarlığı olub. Bu səbəbdən də Romao "Dinamo" ilə avqustun 28-də Bakıda keçiriləcək görüşdə forma geyinməyəcək.
Xatırladaq ki, "Qarabağ" səfərdə 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, "Qarabağ"ın heyətində daha öncə iki futbolçusu Marko Yankoviç və Veşoviç zədə səbəbindən komandaya "Dinamo Zaqreb"lə görüşdə kömək edə bilməmişdi.
- Gec-tez təklifimizlə razılaşmağa məcbur olacaqlar - Əliyev
- Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik
- Macarıstanla Azərbaycanın oxşarlığı... - Prezident sadaladı
- Nə zaman çətinliklə üzləşsək, Əliyevi yanımızda görmüşük
- III Çarlz İlham Əliyevi təbrik etdi
- Mirziyayev Azərbaycanla bağlı mühüm qanunu imzaladı
- Əliyev zalda olanda Makron ikinci liqada oynayır...
- Hüseynə yarım milyonluq iddia qaldırıldı