Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkiləri ilə əlaqədar ekzit-poll keçirmək istəyən təşkilatların akkreditasiyası barədə qərarın qəbulu üçün ayrılmış müddət başa çatıb.
BUTA.TV xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının (MSK) “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.
Seçki qanunvericiliyə əsasən, ekzit-poll keçirmək niyyətində olan təşkilatlar səsvermə gününə azı 20 gün qalmış akkreditasiyadan keçmək barədə MSK-ya yazılı müraciət təqdim etməlidirlər. Seçkilərdə ekzit-poll keçirən təşkilatların akkreditasiyası qaydalarına görə, hər bir yazılı müraciətə, onun daxil olduğu gündən başlayaraq 10 gün müddətində MSK tərəfindən baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın akkreditasiyadan keçib-keçməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir.
Təqvin Planında ekzit-poll keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi prosesi üçün müddət avqustun 22-dək müəyyən edilib.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
- Kəlbəcərdə otlaq sahədə mina partladı
- Simonyanın torbasını tikənlər - Aralarında müavini də var
- Sabah 38 dərəcə isti olacaq
- DSMF-nin xərcləri birinci yarımildə artaraq, bu qədər oldu
- Prezident fərman imzaladı
- Bu məhsullar gömrük rüsumundan azad edilir
- Sürücü dolu avtobusu qoyub skamyada siqaret çəkdi - Video-Yenilənib
- Qumar oyunları ilə bağlı cəzalar sərtləşdirilir