Ağdamdakı Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzi bu il iyun ayında işini dayandırdı. Bundan sonra Türkiyə hərbçilərinin Azərbaycanda qalıb-qalmaması ictimaiyyətdə sual doğurub.
Türkiyə hərbi baxımdan artıq Azərbaycanda təmsil olunmur? Şuşa Bəyənnaməsinə görə, Azərbaycan və Türkiyə hərbçiləri bir-birilərinin ərazilərində qala, təlim və başqa proseslərə qatıla bilərmi?
BUTA.TV xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev xatırladıb ki, Rusiya sülhməramlı kontingentini ərazimizi tərk edib:
“Rus kontingentinin Qarabağda müvəqqəti fəaliyyətinə nəzarət edən Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırdı. Tamamilə ərazilərimizi tərk etdilər. Türkiyə və Azərbaycan arasında strateji müttəfiqlik münasibətləri var. Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün hər iki ölkə hərbi, hərbi-texniki, hərbi-təhsil, səhiyyə və s. istiqamətlərdə əməkdaşlığını davam etdirir. Digər tərəfdən isə türkiyəli hərbçilər Azərbaycanda yerləşə, iki və çoxtərəfli hərbi əlaqəli proseslərdə iştirak edə bilərlər. Bunun üçün hər hansı məhdudiyyət yoxdur”.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi