Ukraynaya verilən F-16 qırıcılarında quraşdırılan radioelektron mübarizə sistemləri Rusiya hərbçilərinin bütün hücumlarını dəf edə bilməyəcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Defense One” portalı məlumat verib.
“Rusiyanın elektron mübarizə sistemləri artıq bir çox yüksək dəqiqlikli ABŞ silahlarını vurub, ona görə də Ukraynanın istifadə etdiyi F-16-larda yenidən proqramlaşdırılmış sistemlər hər təhlükəni dəf edə bilməyəcək”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinin 350-ci Spektr Müharibə Qanadının xüsusi təyinatlı elektron döyüş bölməsinin mütəxəssisləri Ukraynaya verilən F-16 qırıcılarına yenilənmiş elektron döyüş sistemləri quraşdırıblar.
- Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama
- Bakı ilə Roma arasında hərbi əməkdaşlıq müzakirə olundu
- Prezidentin səhhəti pisləşəndə Mehdiyev Moskvaya zəng etdi
- Azərbaycanda Vatsap istifadəçilərinə xəbərdarlıq
- Bakının üç rayonunda qaz təchizatı dayandırılır
- Azərbaycan və Niderland arasında mühüm müzakirə
- FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi
- Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya