Azərbaycan və Ermənistan sərhədçiləri birgə... - Stepanyan

15:02 - 28 Avqust 2024 - GÜNDƏM

 Azərbaycan və Ermənistan sərhədçiləri birgə... - Stepanyan

Kirantsda 40 ədəd sərhəd dirəyi quraşdırılıb.

BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Sərhəd Qoşunlarının qurucu komandiri, Ali Şuranın üzvü Levon Stepanyan deyib.

O, hazırda demarkasiya prosesinin dayandırılması məsələsinə toxunaraq bildirib ki, çox güman ki, bu, hansısa siyasi məsələlərlə bağlıdır.

Stepanyan jurnalistin "qəsəbəni sərhəddən ayıran neytral zona olmalı deyilmi?" sualına belə cavab verib:

"Sərhəd demarkasiya olunanda qarşı ölkənin nümayəndəsi sərhədin son millimetrinə qədər yaxınlaşa bilər və biz ona heç bir qadağa qoya bilmərik, belə bir şey yoxdur. “Neytral zona” anlayışına yalnız Vladimir Vısotskinin mahnısında rast gəlinir: “Neytral zona” anlayışına başqa yerdə rast gəlməmişəm. Sərhəddə neytral zona yoxdur. Digər məsələ odur ki, sərhəd rejimi dövlətlərarası müqavilə ilə müəyyən edilir...".

Komandirin sözlərinə görə, demarkasiya olunmuş ərazilərdə hər iki tərəfdə sərhədçilər var:

"Bu dəqiqdir, çünki bilirəm ki, onlar hətta əməkdaşlıq edirlər. Problem varsa, sərhədçilər bir-birini danışıqlara dəvət edir, məsələ həll olunur, öz aralarında olan münaqişələri həll edirlər. Hər hansı sual yaranarsa, sərhədçilərin dəvət etmə proseduru var: onlar razılaşdırılmış hansısa bayrağı qaldırırlar, istər ağ, istər qırmızı. Qarşı tərəf də eyni bayrağı qaldırırsa, bu, razılaşma sayılır. Müəyyən olunmuş yerdə görüşüb münaqişə və ya hansısa vəziyyəti müzakirə edirlər və s."

O, jurnalistin Azərbaycan sərhədçilərində müxtəlif növ silahların olması ilə bağlı sualına da istənilən cavabı verməyib. Steanyan qeyd edib ki, beynəlxalq qanunlarda sərhədçilərin silaha malik olub-olmamasını qadağan edən normativ akt yoxdur:

"Sərhədçisinin hansı silaha sahib olması barədə dövlət özü qərar verir. Bir misal verim. 1968-ci ildə Sovet İttifaqı ilə Çinin sərhədində problem yarananda o vaxt sərhədçilər artilleriya, tanklar, digər zirehli texnikalar, Katyuşalarla silahlanmışdılar. Demək burda problem yoxdur".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol